Выбрать плеер:

Rəsmi Tehran region dövlətlərinin rolundan bəhs edib - Baku TV

09 февраля 2026 25 просмотров

İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranan gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, Tehran və Vaşinqton arasında danışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb.

IRNA xəbər agentliyinin verdiyi məlumata görə, İran XİN başçısı bildirib ki, region ölkələri ilə məsləhətləşirlər.

Abbas Əraqçi Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb.

“Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik”, – deyə Əraqçi qeyd edib.

O, İranın strateji tərəfdaşları olan Çin və Rusiya ilə də məsləhətləşmələri davam etdirdiklərini bildirib.

İranın xarici işlər naziri bəyan edib ki, ölkəsi hətta müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmə hüququnda israr edir.

Bununla belə, nazir vurğulayıb ki, İran diplomatiya və danışıqlara üstünlük verir.

“Əgər onlar diplomatiyanı seçsələr, biz də eyni yolla gedəcəyik. Əgər İran xalqı ilə hörmət dilində danışsalar, biz də hörmət dilində cavab verəcəyik, lakin güc dilində danışsalar, biz də güc dili ilə cavab verəcəyik”, – deyə Əraqçi bildirib.

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Dünya
09 февраля 2026 25 просмотров
Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Dünya
09 февраля 2026 25 просмотров
Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Dünya
09 февраля 2026 25 просмотров
Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Dünya
09 февраля 2026 25 просмотров
Kubada hotellər, dövlət qurumları bağlanır

Kubada hotellər, dövlət qurumları bağlanır

Dünya
09 февраля 2026 25 просмотров
Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Dünya
09 февраля 2026 25 просмотров
Tripoli şəhərində yaşayış binası çökdü

Tripoli şəhərində yaşayış binası çökdü

Dünya
09 февраля 2026 25 просмотров
Morqan Maksuini niyə istefa verdi?

Morqan Maksuini niyə istefa verdi?

Dünya
09 февраля 2026 25 просмотров
İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

Dünya
09 февраля 2026 25 просмотров
"Leninqrad ssenarisi" Ukraynada niyə işləmədi və Rusiya nəyi səhv hesabladı? - AKTUAL GÜNDƏM

"Leninqrad ssenarisi" Ukraynada niyə işləmədi və Rusiya nəyi səhv hesabladı? - AKTUAL GÜNDƏM

Dünya
09 февраля 2026 25 просмотров
Выбранные
icon