Выбрать плеер:

İranın xarici işlər naziri ölkə sərhədlərini xəritədə sarı rənglə göstərdi - Baku TV

01 февраля 2026 90 просмотров

Bu xəritədə ABŞ sarı rənglə, planetin digər tərəfində yerləşən İranın sərhədləri də eyni rənglə işarələnib. Kiçik qırmızı dairə Hörmüz boğazını göstərir. Sahillərimizin yaxınlığında fəaliyyət göstərən Amerikanın Silahlı Qüvvələri isə bizim güclü ordumuzun öz ərazisində təlimlər keçirməsi qaydalarını diktə etməyə çalışır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

“ABŞ Mərkəzi Komandanlığı öz hökumətləri tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilən milli ordudan peşəkarlıq tələb edir. Eyni zamanda həmin terrorçu təşkilatın hərbi təlimlər keçirmək hüququnu tanıyır”, – deyə A.Əraqçi bildirib.

Onun fikrincə, bu, absurddur. Çünki İslam İnqilabı Keşikçiləri Korpusu həmişə Fars körfəzi və Hörmüz boğazında sülhün və sabitliyin müdafiəçisi olub və olmaqda davam edir.

“Bu qüvvə bölgəmizdə haqlı olaraq həm terrorçulara, həm də işğalçı hərbi qüvvələrə qarşı döyüş meydanında öz effektivliyini sübut etmiş qorxunc bir güc kimi tanınır. Hörmüz boğazında gəmiçilik azadlığı və ticarət gəmilərinin təhlükəsiz keçidi həm İran, həm də qonşu ölkələr üçün həyati əhəmiyyət daşıyır”, – A.Əraqçi qeyd edib.

O vurğulayıb ki, bölgədə xarici qüvvələrin mövcudluğu indiyədək heç vaxt deskalasiyaya deyil, əksinə, eskalasiyaya səbəb olub.

Daha əvvəl yayılan məlumata görə, ABŞ Silahlı Qüvvələrinin xəbərdarlığından sonra İran, Çin və Rusiyanın Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi təlimlər təxirə salınıb.

Скопировано
Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Dünya
09 февраля 2026 90 просмотров
Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Dünya
09 февраля 2026 90 просмотров
Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Dünya
09 февраля 2026 90 просмотров
Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Dünya
09 февраля 2026 90 просмотров
Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Dünya
09 февраля 2026 90 просмотров
Kubada hotellər, dövlət qurumları bağlanır

Kubada hotellər, dövlət qurumları bağlanır

Dünya
09 февраля 2026 90 просмотров
Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Dünya
09 февраля 2026 90 просмотров
Tripoli şəhərində yaşayış binası çökdü

Tripoli şəhərində yaşayış binası çökdü

Dünya
09 февраля 2026 90 просмотров
Morqan Maksuini niyə istefa verdi?

Morqan Maksuini niyə istefa verdi?

Dünya
09 февраля 2026 90 просмотров
İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

Dünya
09 февраля 2026 90 просмотров
Выбранные
icon