Dünya
Выбрать плеер:

Bununla da Putin başa düşsün ki... | Bayden hədə-qorxu gəldi

14 июня 2024

ABŞ Prezidenti Cozef Bayden və onun ukraynalı həmkarı Volodimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıblar.

Razılaşmaya əsasən, Vaşinqton 10 il ərzində Ukrayna Ordusuna təlim keçəcək və ölkəyə silah tədarükü davam etdiriləcək. Kiyevin təhlükəsizliyi təhdid altında olarsa, 24 saat ərzində tərəflərin rəsmiləri əlaqəyə keçəcəklər.

C.Bayden bildirib ki, Ukrayna üçün davamlı sülh ölkənin özünü qoruma bacarığı ilə baş tutmalıdır: “İstənilən halda biz Ukraynanın yanında olacağıq. Lakin bunu ölkə hərbçilərini cəbhəyə göndərərək yox, Kiyevi silah və sursatla təmin etməklə, kəşfiyyat məlumatlarının mübadiləsi prosesini davam etdirməklə təmin edəcəyik. Biz bunu NATO standartlarına uyğun olaraq ordularımız arasında qarşılıqlı fəaliyyət vasitəsilə, Ukraynanın müdafiə sənayesi bazasına investisiya qoyaraq həyata keçirəcəyik. Beləliklə, zaman keçdikcə onlar özlərini silah və sursatlarla təmin etməyə nail olacaqlar”.

ABŞ Prezidenti vurğulayıb ki, G7 sammiti Rusiyanın Avropada, ölkə xaricində dondurulmuş aktivləri məsələsində də əhəmiyyətli nəticə əldə etdi.

“G7-də iştirak edən ölkələr dondurulmuş aktivlərdən əldə edilən gəlirlərin 50 milyard dollarlıq hissəsinin işlək vəziyyətə salınmasına dair qanun layihəsi imzalayıb. Biz geri çəkilməyəcəyik. Biz G7-də kollektiv olaraq 3 əsas addım atdıq ki, Vladimir Putin bizim oturub gözləməyəcəyimizi başa düşsün. O, bizi ayıra bilməyəcək. Ukrayna bu müharibədə qalib gələnə qədər də biz onların yanında olmağa davam edəcəyik. Bizim atdığımız addımlar Rusiya iqtisadiyyatına edilən təzyiqlərin miqyasını da artıracaq”, – C.Bayden əlavə edib.

Скопировано
İranda xəstəxananı alov bürüdü | Ölənlər və yaralananlar var

İranda xəstəxananı alov bürüdü | Ölənlər və yaralananlar var

Dünya
18 июня 2024
Rostovda dəhşətli partlayış | Rusiya-Ukrayna müharibəsində son vəziyyət

Rostovda dəhşətli partlayış | Rusiya-Ukrayna müharibəsində son vəziyyət

Dünya
18 июня 2024
Zelenskiyə sui-qəsd hazırlanır? | Keçmiş ABŞ-li zabitdən qalmaqallı iddia

Zelenskiyə sui-qəsd hazırlanır? | Keçmiş ABŞ-li zabitdən qalmaqallı iddia

Dünya
18 июня 2024
Etirazçılardan Netanyahuya qarşı sərt addım | İsrail polisi hərəkətə keçdi

Etirazçılardan Netanyahuya qarşı sərt addım | İsrail polisi hərəkətə keçdi

Dünya
18 июня 2024
Qalstanyandan erməni gənclərə çağırış | Tezliklə bütün Ermənistan...

Qalstanyandan erməni gənclərə çağırış | Tezliklə bütün Ermənistan...

Dünya
18 июня 2024
Papikyan Ermənistan ordusunda aparılan islahatlardan danışdı

Papikyan Ermənistan ordusunda aparılan islahatlardan danışdı

Dünya
18 июня 2024
Gürcüstan hökumətindən vətəndaşları sevindirəcək addım

Gürcüstan hökumətindən vətəndaşları sevindirəcək addım

Dünya
17 июня 2024
Zelenski sülhün şərtlərini açıqladı | Putin liderlərin bura gəlməməsi üçün...

Zelenski sülhün şərtlərini açıqladı | Putin liderlərin bura gəlməməsi üçün...

Dünya
17 июня 2024
Ermənistanın müdafiə naziri Fransaya getdi

Ermənistanın müdafiə naziri Fransaya getdi

Dünya
17 июня 2024
Netanyahu fövqəladə hərbi kabinetlə bağlı qərar verdi | İsraildə nə baş verir?

Netanyahu fövqəladə hərbi kabinetlə bağlı qərar verdi | İsraildə nə baş verir?

Dünya
17 июня 2024
Выбранные
icon