Выбрать плеер:

CHP sədri Özgür Özəl sərt tənqidlə üzləşdi | Kılıçdaroğlu namizəd olacaq?

03 апреля 2025 384 просмотров

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) aprelin 6-da keçiriləcək növbədənkənar qurultay öncəsi gərginlik yaşanır. Keçmiş partiya sədri Kamal Kılıçdaroğlunun qərargahı onun namizədliyi üçün qurultay nümayəndələri arasında imza toplamağa başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Tələb olunan sayda imzaların toplanacağı təqdirdə Kılıçdaroğlunun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

CHP-nin Ankara nümayəndəsi Elmas Kübra Karaca Kamal Kılıçdaroğlu üçün diqqətçəkən çağırış edib:

“Partiya daxilindəki xaosu aradan qaldırmaq və güclü müqavimət göstərmək üçün cənab Kamal Kılıçdaroğlunu vəzifəyə dəvət edirəm. Bu gün bu təcrübəyə və liderliyə hər zamankından daha çox ehtiyac var. Sizi bir daha partiyamızı təhlükəsiz limana daşımağa və bu çətin prosesi sağlam düşüncə və qətiyyətlə idarə etməyə çağırırıq”.

“Sabah” qəzeti yazır ki, son günlər partiya daxilindəki müxalif şəxslərin sosial şəbəkələrdə Kılıçdaroğlunu önə çıxaran silsilə paylaşımlar etməsi də diqqət çəkir. Paylaşımlarda Kılıçdaroğludan sonrakı CHP sədri Özgür Özəlin son 1,5 ildə apardığı siyasət sərt şəkildə tənqid olunur.

Partiya qərargahından Kılıçdaroğlunun namizəd olmayacağını iddia edənlərə sərt təpki göstərən CHP-nin Gümüşhane təşkilatının sədri Bedri Ağaç belə deyib:

“Belə bir şey olmadığı halda “Kılıçdaroğlu namizəd deyil” şayiəsini yayan dostlar, bizi təəccübləndirmirsiniz. 38-ci qurultayda səsvermə ikinci tura gedəndə tərəfdarlarınızın, saxta jurnalistlərin köməyi ilə “Kılıçdaroğlu geri çəkildi” yalanını yaydınız və nəticə əldə etdiniz. Qələbəyə aparan bütün yollara icazə verilir, elə deyilmi? Təbiətiniz buna uyğun deyil, bəs siz bir az mərd, dürüst və prinsipial olsaydınız necə?”.

Kreml Paşinyanla bağlı son qərarı açıqladı - Baku TV CANLI

Kreml Paşinyanla bağlı son qərarı açıqladı - Baku TV CANLI

Dünya
10 июня 2026 384 просмотров
Dünyanın heç yerində olmayanları bu adalarda görə bilərsiniz - ORALARDA NECƏDİR?

Dünyanın heç yerində olmayanları bu adalarda görə bilərsiniz - ORALARDA NECƏDİR?

Dünya
10 июня 2026 384 просмотров
Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Dünya
10 июня 2026 384 просмотров
Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünya
10 июня 2026 384 просмотров
İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

Dünya
10 июня 2026 384 просмотров
Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Dünya
10 июня 2026 384 просмотров
ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

Dünya
10 июня 2026 384 просмотров
"Bütün çirkablardan təmizlənəcəyik" | Kamal Kılıçdaroğlu kimləri hədəfə aldı? - Baku TV

"Bütün çirkablardan təmizlənəcəyik" | Kamal Kılıçdaroğlu kimləri hədəfə aldı? - Baku TV

Dünya
10 июня 2026 384 просмотров
ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

Dünya
10 июня 2026 384 просмотров
Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Dünya
10 июня 2026 384 просмотров
Выбранные
icon