Выбрать плеер:

"Bütün çirkablardan təmizlənəcəyik" | Kamal Kılıçdaroğlu kimləri hədəfə aldı? - Baku TV

10 июня 2026 36 просмотров

Məhkəmənin qərarı ilə yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu bəzi şəxslərin partiya sıralarından uzaqlaşdırılacağını açıqlayıb.

O, çıxışında Özgür Özəlin CHP-nin son qurultayında rüşvətlə seçildiyinə də eyham vurub.

“Təmizlənəcəyik, bütün çirkablardan təmizlənəcəyik. Təmiz siyasət aparacağıq. Çirkli işlərlə məşğul olanların hamısının fəaliyyətinə son qoyacağıq. Bu partiya dövlətə istiqamət verən partiyadır. Dövlət quran, dövlət inşa edən partiyadır. Əxlaqı ən dərin qatlarınadək qoruyan, zəhmətkeş partiyadır. Birlikdə fədakarlıqla çalışacağıq. İradəsini pulla alıb-satanlardan bu partiyanı xilas etməsəm, namərdəm”, – Kılıçdaroğlu bildirib.

CHP sədri yeni qurultayın anonsunu verib: “Əxlaqlı və ərdəmli qurultayı mütləq keçirəcəyik. Heç kim qapalı qapılar arxasında şəxsi hesablar aparmayacaq”.

Həmçinin Özgür Özəli hədəfə alan Kamal Kılıçdaroğlu əlavə edib: “CHP tarixinin heç bir dövründə gecə klublarında qurultay sövdələşmələri aparılmayıb. Bunu dediyim üçün məni tənqid edirlər. Əxlaqlı, fəzilətli və təmiz olmaq lazımdır. Bunlar CHP-nin fitrətində var. Ədalətin olmadığı yerdə, sevginin olmadığı yerdə nizam olmaz. “Mən sənə pul verim, sən də mənə səs ver” – partiya belə bir şeyi qəbul edə bilməz. İradəsini pulla satanlara bu partiyada yer yoxdur. Onlar bu partiyada olmayacaqlar”.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb. Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.

Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Çin ABŞ-İsrail-İran qarşıdurması ilə bağlı çağırış etdi

Dünya
10 июня 2026 36 просмотров
Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünyanın diqqəti Belfastdadır | Starmerdən açıqlama

Dünya
10 июня 2026 36 просмотров
İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

İranın uranı zənginləşdirməsinə qadağa qoyulacaq?

Dünya
10 июня 2026 36 просмотров
Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Xameneinin öldürülməsindən sonra Putini izləyən nəzarət sistemləri söndürülüb

Dünya
10 июня 2026 36 просмотров
ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI

Dünya
10 июня 2026 36 просмотров
ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb

Dünya
10 июня 2026 36 просмотров
Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Vaşinqtonla Tehran arasında saziş bağlanacaq?

Dünya
10 июня 2026 36 просмотров
NATO modeli Yaxın Şərqə gəlir: Türkiyə yeni kollektiv müdafiə sistemində - AKTUAL GÜNDƏM

NATO modeli Yaxın Şərqə gəlir: Türkiyə yeni kollektiv müdafiə sistemində - AKTUAL GÜNDƏM

Dünya
10 июня 2026 36 просмотров
Əraqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

Əraqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

Dünya
10 июня 2026 36 просмотров
Qaraciyər piylənməsinin müalicəsində yenilik nədən ibarətdir?

Qaraciyər piylənməsinin müalicəsində yenilik nədən ibarətdir?

Dünya
10 июня 2026 36 просмотров
Выбранные
icon