Əraqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi
Xarici hərbi qüvvələrin İran ərazisi yaxınlığında yerləşməsi daimi risk yaradır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir.
"Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zonasına düşmək ehtimalı səbəbindən daimi risk altındadırlar. Hörmüz boğazı beynəlxalq sular hesab edilmir, İran və Oman arasında bölüşdürülmüş akvatoriyadır. İran Silahlı Qüvvələri ölkənin hava məkanının, ərazi sularının və quru sərhədlərinin pozulmasına qarşı daim yüksək hazırlıq vəziyyətindədir", – deyə nazir yazıb.
O həmçinin qeyd edib ki, İran diplomatiya dilinə üstünlük verir, lakin zərurət yaranarsa, başqa üsullardan da istifadə etməyi bacarır.
Тег #Abbas Əraqçi используется
- Əraqçi Xəlil əl-Həyya ilə telefonla danışıb
- Abbas Əraqçi: “Xameneinin iqamətgahı vurulan zaman mən də orada idim”
- İran XİN: "Cavabımız region ölkələrinə yox, yalnız ABŞ bazalarına yönəlib" - Baku TV
- Ceyhun Bayramov ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub - Baku TV
- İran xarici işlər naziri ABŞ və İsrailə xəbərdarlıq edib - Baku TV
