Dünya
Выбрать плеер:
Çinin Cənubunda elm adamlarını təəccübləndirən tapıntı | 72-84 milyon yaşı olan...
Çinin cənubunda yeni dinozavr qalıqları və onların yumurtaları aşkar edilib.
Paleontoloqların sözlərinə görə, fosillərin müqayisəli tədqiqi onun unikal ankilozavr növü olduğunu müəyyən etməyə imkan verib.
Təxminən 72-84 milyon il yaşı olan bu dinozavr möhkəm dərisi, güclü əzələ, baş və quyruğu olan dördayaqlıdır. Onun uzunluğu təxminən 6, hündürlüyü isə 1,5 metrdir.
Arxeoloqların fikrincə, bu heyvan növü Son Təbaşir dövründə yaşayıb. Tapıntı alimlərə ankilozavrların təkamül dövrünü, bölgədəki uyğunlaşma və növləşmə proseslərini daha yaxşı anlamağa və araşdırmağa imkan verəcək.
Скопировано
Выбранные