Xameneinin hakimiyyətdən getmə səbəbi | Sensasiyalı iddialar açıqlandı
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin sağlamlıq vəziyyəti zaman-zaman müzakirə mövzusu olub.
85 yaşlı liderin yaşının çoxluğu səbəbindən ciddi narahatlıqlarının olduğu bildirilir və bu hal yeni Ali Rəhbərin kim olacağı sualını da özü ilə gətirir. Son günlər baş verənlər isə prosesin artıq final mərhələsinə çatdığını göstərir.
Belə ki, İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi Ə.Xameneinin istəyi və tapşırığı əsasında Ali Rəhbərdən sonrakı dövr üçün üç nəfərin namizədliyinin təsdiqlədiyi haqqında açıqlama verib.
Ə.Məhdəvinin açıqlamasından görünür ki, Ə.Xamenei sağlığında yeni dini liderin seçilməsini istəyir. Buna onu vadar edən birinci səbəb sağlamlıq vəziyyəti və yaşının çoxluğudursa, digəri isə ABŞ-dəki hakimiyyət dəyişikliyi, İrana qarşı sərt xəttin tərəfdarı olan Donald Trampın prezident seçilməsidir.
85 yaşlı Ə.Xamenei yaxşı başa düşür ki, D.Trampın dövründə ABŞ-nin əsas hədəflərindən biri məhz İran olacaq. Buna görə də ölkənin ali rəhbəri kürsüsünə daha gənc və çevik birinin oturması arzuediləndir.
Bəs İranın yeni ali dini rəhbəri kim ola bilər və İsfahanın imam-cüməsinin iddia etdiyi kimi, namizədliyi təsdiqlənən üç nəfər kimdir?