Rusiya hansı ölkənin silahları ilə Ukraynanı vurdu? | Planet çıxış yolunu necə tapmalıdır?
Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Üçüncü Dünya müharibəsinin başladığını bildirib.
“Artıq Şimali Koreya istehsalı olan raketlər açıq şəkildə Ukraynaya atılır, İranın “Shahed”ləri hər kəsin gözü qarşısında mülki insanları öldürür, Çin istehsalı mərmilər partlayır, Rusiya raketlərində Çin istehsalı detallar istifadə edilir. Bir çox hərbçilər bu faktorların Üçüncü Dünya müharibəsinin başladığını demək üçün əsas verdiyini qəbul edəcəklər və dünya buna hazırlaşmalıdır”, – o bildirib.
“Üçüncü Dünya müharibəsi artıq başlayıb, xoş gəldin!” deyən V.Zalujnı Rusiya və ona müharibədə kömək edənlərdən danışıb.
Bəs Ukraynaya yardım edən NATO və digər ölkələr Üçüncü Dünya müharibəsində digər tərəf deyillərmi?