Rusiya üçün əhəmiyyətsiz qurum budur...| Peskov Putinin xalqa müraciətindən danışdı
“Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq – Rusiya Prezidentinin müraciətinin əsas mesajı budur”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin xalqa müraciətindən danışarkən bildirib.
Onun sözlərinə görə, V.Putinin verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi:
“Prezident vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır. ABŞ-nin hazırkı Administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir”.
“Kremldə şübhə yoxdur ki, Vaşinqton V.Putinin bəyanatları ilə tanış olub”, – deyən Kremlin sözçüsü V.Putinlə ABŞ-nin hazırkı Administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib.
Bildirib ki, Rusiya hərbçiləri “Oreşnik”dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin yolları üzərində işləyəcək.
D.Peskov həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə orderlərin verməsinə münasibət bildirib. Vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur.