Выбрать плеер:
İran rəsmisi ABŞ Prezidentinin Hörmüz barədə sözlərinə sərt münasibət bildirdi - Baku TV
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Qəribabadi sosial şəbəkə hesabında yazıb ki, Hörmüz boğazının paylaşımlar, təyyarədaşıyan gəmilər, əmrlər və ya seçki çıxışları ilə ələ keçirilməsi mümkün deyil. İran rəsmisi ölkəsinin təhdid və güc nümayişlərindən çəkinmədiyini vurğulayıb.
Qəribabadinin sözlərinə görə, Hörmüz boğazı İranın nəzarətində olub, hazırda da İranın nəzarətindədir və gələcəkdə də belə olacaq.
O, boğazın yalnız İranın qərarı ilə açılıb-bağlanacağını və Tehranın qarşı tərəfin öz məğlubiyyətini qəbul etmədiyi müddətdə blokadanı davam etdirəcəyini söyləyib.
Скопировано
