Выбрать плеер:

İran XİN-dən ABŞ sanksiyalarına reaksiya

21 августа 2026 91 просмотров

“ABŞ-nin İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etmək təhdidləri amerikalı siyasətçilərin İran xalqına qarşı 73 illik düşmənçilik və qərəz siyasətinin davamının daha bir göstəricisidir”.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyaları ilə bağlı bəyanatında deyilir.

Nazirlik bu təhdidlərin ABŞ hakimiyyətinin insanlıq əleyhinə, qanunazidd və hegemon mahiyyətini bir daha ortaya qoyduğunu bildirib.

Bəyanatda o da vurğulanır ki, İran vətəndaşlarının hər birinin fundamental insan hüquqlarını hədəfə alan ABŞ-nin iqtisadi sanksiyaları şübhəsiz iqtisadi terror və insanlığa qarşı cinayət hesab olunur.

Nazirlik qeyd edib ki, bu cür ağır cinayətlərin törədilməsinə görə məsul şəxslər məhkəmə qarşısına çıxarılmalı və cəzalandırılmalıdır.

Bəyanatda bu addımların İran xalqının ölkənin müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq əzminə ən kiçik təsir belə göstərməyəcəyi deyilir.

İran XİN bildirib ki, iqtisadi təzyiq və sanksiyalar hərbi müharibə və təcavüzün digər tərəfidir. ABŞ bu addımla dünya sülhü və təhlükəsizliyini eyni vaxtda təhdid etməklə yanaşı, insan sivilizasiyasını da mənəvi tənəzzül yoluna sürükləyir.

İran Xarici İşlər Nazirliyi yeni sanksiyaların dəfələrlə sınaqdan keçirilmiş və əvvəlcədən uğursuzluğa məhkum edilmiş bir addım olduğunu bildirib. 

Скопировано
Kilsə və oliqarxlara müharibə: Paşinyan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Kilsə və oliqarxlara müharibə: Paşinyan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Dünya
26 августа 2026 91 просмотров
Tehran: Boğazın açılması razılaşmadan mümkün deyil

Tehran: Boğazın açılması razılaşmadan mümkün deyil

Dünya
26 августа 2026 91 просмотров
Trampın Ər-Riyaddan əsas tələbi nədir?

Trampın Ər-Riyaddan əsas tələbi nədir?

Dünya
26 августа 2026 91 просмотров
ABŞ iqtisadi müharibədə İrana məğlub olur?

ABŞ iqtisadi müharibədə İrana məğlub olur?

Dünya
26 августа 2026 91 просмотров
Silahlı qüvvələr buraxılır

Silahlı qüvvələr buraxılır

Dünya
26 августа 2026 91 просмотров
NASA-nın yeni teleskopu kosmosa yola düşür

NASA-nın yeni teleskopu kosmosa yola düşür

Dünya
26 августа 2026 91 просмотров
"İranla bağlı 3 variant var" | Netanyahudan qalmaqallı mesaj - Baku TV CANLI

"İranla bağlı 3 variant var" | Netanyahudan qalmaqallı mesaj - Baku TV CANLI

Dünya
26 августа 2026 91 просмотров
Rusiya XİN-dən Paşinyana cavab | Gərginliyin pərdəarxasında olanlar - Baku TV CANLI

Rusiya XİN-dən Paşinyana cavab | Gərginliyin pərdəarxasında olanlar - Baku TV CANLI

Dünya
26 августа 2026 91 просмотров
Ermənistanın eks-prezidenti həbs olunacaq? - Nədə ittiham edilir? - Baku TV CANLI

Ermənistanın eks-prezidenti həbs olunacaq? - Nədə ittiham edilir? - Baku TV CANLI

Dünya
26 августа 2026 91 просмотров
ABŞ Prezidenti Ottavaya qarşı yüksək tariflər tətbiq edəcək? - Baku TV CANLI

ABŞ Prezidenti Ottavaya qarşı yüksək tariflər tətbiq edəcək? - Baku TV CANLI

Dünya
26 августа 2026 91 просмотров
Выбранные
icon