İsrail İrana hücum etdi | Tehranda partlayışlar baş verdi
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə havadan zərbə endirib.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
İsrailin nəyi hədəf aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.
İran paytaxtında ən azı altı partlayış səsi eşidilib. “Mehr” agentliyi də məlumatı təsdiqləyib. Hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib.
Bu arada, İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib. “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”, – deyə o vurğulayıb.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
Тег #İran используется
- İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA
- Saf termonüvə texnologiyası ilə yeni silah üzərində iş aparıldığı iddia olunur
- Həsən Ruhani İranın hərbi gücünü şişirtməyi “xəyanət” adlandırıb
- Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM
- İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər
