Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır
Rusiya NATO-nun anti-Rusiya kursundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Moskva qarşılıqlı hörmətə, maraqların nəzərə alınmasına və bərabər, bölünməz təhlükəsizlik prinsipinə əsaslanan dialoqa hazırdır.
“Əgər NATO anti-Rusiya mövqeyindən imtina etməyə və qarşılıqlı maraqların nəzərə alındığı, bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan dialoqa getməyə hazır olsa, biz danışığa açığıq”, – V.Maslennikov vurğulayıb.
ABŞ ilə münasibətlərə toxunan diplomat bildirib ki, Vaşinqtonla əlaqələrdə müəyyən irəliləyişlər müşahidə olunur, lakin Avropa ölkələri barədə bunu demək mümkün deyil.
Тег #Rusiya Xarici İşlər Nazirliyi используется
- "Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama
- Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama
- "Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI
- Rusiya NATO və Aİ ölkələrinə cavab verdi
- Dünyanın çoxqütblü olması artıq qaçılmazdır | Lavrovdan xəbərdarlıq
