Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV
Rusiyanın Tacikistandakı səfiri Moskva vilayətindəki məktəbdə "etnik nifrət motivli" qətl hadisəsi ilə əlaqədar Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə məlumat Tacikistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Tacikistan XİN Moskva vilayətinin Odintsovo şəhərinin Qorki-2 qəsəbəsindəki Uspenskaya orta məktəbinin dördüncü sinif şagirdi Qobiljon Əliyevə qarşı etnik nifrət motivli hücumu qətiyyətlə pislədiyini açıqlayıb.
Rusiyanın Tacikistandakı səfirinə "bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılmasını və bütün iştirakçıların qanunun bütün tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb olunmasını" tələb edən nota təqdim edilib.
Qeyd edək ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhərində yerləşən orta məktəbdə qətl hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Timofey 4-cü sinif şagirdi 10 yaşlı Qobiljon Əliyevi bıçaqlayaraq qətlə yetirib. Timofey qətlin videosunu teleqram kanalında paylaşıb. Həmin videodan qətlin etnik zəmində törədildiyi məlum olub.
Тег #Tacikistan используется
- Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir
- MDB və KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimi
- Düşənbədə MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil edildi
- Azərbaycan Prezidenti ilə razılaşdıq ki... | Putindən vacib açıqlama
- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi
