Выбрать плеер:
MDB və KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimi
MDB və KTMT-yə üzv ölkələrin iştirakı ilə "Sarsılmaz qardaşlıq" adlı genişmiqyaslı hərbi təlimlər keçirilib. Baku TV-nin dünya xəbərləri xidmətinin məlumatına görə, təlimlərin əsas məqsədi kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsi, hərbi birləşmələr arasında koordinasiyanın artırılması və mümkün təhdidlərə qarşı ortaq mübarizə taktikalarının işlənilməsidir. Videoda hərbi texnikaların manevrləri, şərti düşmən hədəflərinin məhv edilməsi və sülhməramlı əməliyyatların icrası əks olunub. Ekspertlər bu təlimləri regionda strateji balansın qorunması və hərbi əməkdaşlığın nümayişi kimi qiymətləndirirlər.
Скопировано
