Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
Rusiya paytaxtının Tverskoy Məhkəməsi Moskva vilayətinin Odintsovo şəhərində məktəbə hücumda və 10 yaşlı uşağın qətlində ittiham olunan yeniyetmənin həbsinə qərar verib.
Daha əvvəl Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsi qətl və qətl cəhdinə görə cinayət işi qaldırıb. Uşağın qətlinə görə cəza ömürlük azadlıqdan məhrumetməyədək nəzərdə tutulur.
Qeyd edək ki, Qorki-2 qəsəbəsində yerləşən Uspensk ümumtəhsil məktəbinə hücum dekabrın 16-da səhər saatlarında baş verib. 15 yaşlı 9-cu sinif şagirdi bıçaqla 4-cü sinifdə oxuyan məktəblini ölümcül yaralayıb, məktəbin mühafizəçisi də xəsarət alıb. Yeniyetmə törətdiyi hərəkətləri videoya çəkib.
Əlavə edək ki, həlak olmuş uşaq Tacikistan vətəndaşları olan ailədən idi, hücum edən yeniyetmə isə nasist baxışlarına sahib olub.
Тег #Rusiya используется
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
- Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV
