Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
Türkiyə hakimiyyəti 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq niyyətindədir.
“Bloomberg” nəşrinin məlumatına görə, Ankara bu addımı ABŞ ilə münasibətləri yaxşılaşdırmaq və F-35 qırıcılarını əldə etmək məqsədilə nəzərdən keçirir.
Məlumatda ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın sözlərinə istinad edilir. O bildirib ki, Ankara S-400 sistemlərindən imtina etməyə yaxınlaşır.
Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfirlərlə keçirilən dəyirmi masada Türkiyənin S-400-lərlə bağlı Moskva qarşısında müəyyən öhdəliklərinin olduğunu bildirmişdi.
Qeyd edək ki, iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Vaşinqtonla dialoqunda S-400 məsələsinin artıq bağlandığını bəyan etmişdi. Sentyabrda isə Türkiyə Müdafiə Nazirliyi Rusiyaya S-400-lərin geri qaytarılması ilə bağlı xəbərləri təkzib etmişdi. Buna baxmayaraq, ABŞ səfiri Tom Barrak Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərindən imtina istiqamətində addımlar atdığını iddia edir.
Тег #Türkiyə используется
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
- Ukraynadakı müharibənin coğrafiyası genişlənir? | NATO indi nə edəcək? - Baku TV
- Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI
