Выбрать плеер:
Tankerlər hərbçilər tərəfindən müşayiət olunacaq
Venesuela hökuməti ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq tankerlər üçün hərbi müşayiət tətbiq edib.
Bu barədə "The New York Times" xəbər yayıb.
Qeyd olunur ki, ABŞ Prezidenti Venesuela ilə biznes quran sanksiyalı tankerlərə qarşı blokada elan etdikdən sonra neft məhsulları daşıyan bir neçə gəmi ölkənin şərq sahillərindən Hərbi Dəniz Qüvvələrinin müşayiəti altında yola düşüb.
Nəşrin məlumatına görə, Xose limanından neft məhsulları daşıyan gəmilər Asiya bazarlarına yola düşüb.
ABŞ rəsmisi qeyd edib ki, Ağ Ev müşayiət xidmətindən xəbər tutub və müxtəlif variantları nəzərdən keçirir. Bu tankerlərin ABŞ sanksiyalarına məruz qalan gəmilər siyahısında olub-olmadığı məlum deyil.
Скопировано
Тег #ABŞ используется
- Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı
- Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb
- Zelenski Mayamidəki görüşdə iştirak etməyəcəyini açıqlayıb
- Tramp xalqa müraciət edəcək
- ABŞ Ukraynaya NATO-nu xatırladan təhlükəsizlik zəmanətləri ilə sülh təklif edir - Baku TV
