Выбрать плеер:
İsraildən İrana zərbə | Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət etdi - Baku TV
İsrail Müdafiə Ordusu Tehranın şərq hissəsində yerləşən bir neçə komanda mərkəzi və daxili təhlükəsizlik bölmələrinin olduğu hərbi kompleksə genişmiqyaslı zərbə endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, kompleksdə İranın əsas güc strukturlarının, kiberqoşunların qərargahları yerləşib. Əməliyyat İsrail kəşfiyyatının dəqiq məlumatlarından istifadə edilməklə həyata keçirilib və İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəlib.
Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika mərkəzi də hücuma məruz qalıb.
İranın dövlət teleradio şirkəti iddia edir ki, Bağdad Hava Limanı yaxınlığındakı ABŞ-nin Viktoriya düşərgəsi ərazisində partlayış səsləri eşidilib.
Скопировано
Тег #İsrail Müdafiə Ordusu используется
