Kobaxidzedən Abxaziya və Cənubi Osetiya barədə açıqlama
“Gürcüstanın işğalın ləğv edilməsi ilə bağlı prinsipial mövqeyi və qırmızı xətləri var”.
Bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze Moskva-Tbilisi danışıqlarının bərpası barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.
Baş nazirin iddiasına görə, işğalın ləğvi Gürcüstan hökuməti üçün nəzərdən keçirilməyəcək qırmızı xətdir.
“Bu bizim üçün qırmızı xətdir. Əlbəttə, bu məsələ üzrə heç bir güzəşt mümkün deyil. Bu elə bir qırmızı xətdir ki, ona yenidən baxmağı planlaşdırmırıq”, – İrakli Kobaxidze bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, Moskva Gürcüstanın şərtləri ilə siyasi dialoqu bərpa etməyə hazır deyil.
XİN qeyd edib ki, Rusiyanın “Abxaziya və Cənubi Osetiya respublikaları”nın tanınması barədə qərarı dəyişməyəcək.
Тег #Gürcüstan используется
- Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV
- Kavelaşvilidən ölkəsinin gələcəyi ilə bağlı açıqlamalar
- Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV
- Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV
- Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV
