Dünya
Выбрать плеер:

Korotçenko Nikolun cavabını verdi | 2 ölkə Paşinyanı nəyə məcbur edir?

15 июня 2024

“Baş nazir Nikol Paşinyanın ölkəni KTMT-dən çıxarmaq qərarı Ermənistana və onun dövlətçiliyinə ölümcül təsir göstərə bilər, bunu ona bütün kanallarla çatdırmaq lazımdır”.

Bu sözləri hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko TASS-a müsahibəsində deyib.

“Aydındır ki, Paşinyanın qərarı qismən eqoist, qismən də son dörd ildə baş verənlərə situativ xarakterli əsəbi reaksiyadır, lakin ən çox narahatedici fakt Ermənistan cəmiyyətində anti-Rusiya meyillərinin artmasıdır. Ölkənin hakim elitası – Paşinyan tərəfdarları Qərbin mövqeyində dayanır. Bu faktdan çıxış etmək lazımdır”, – Korotçenko bildirib.

O qeyd edib ki, hələlik hadisələrin gələcək inkişafının ehtimal olunan ssenarisi, təəssüf ki, mənfidir: “Lakin Paşinyanla işləmək və qarşılıqlı əlaqə yaratmaq, onu müxtəlif kanallar vasitəsilə düşünmək və inandırmaq üçün hələ də imkan pəncərəsi varsa, bundan istifadə etmək lazımdır. Ona başa salınmalıdır ki, gələcəkdə Ermənistan və onun dövlətçiliyi üçün çox ağır nəticələrə gətirib çıxara biləcək ölümcül hərbi-siyasi qərarlar qəbul etməsin”.

Korotçenko əlavə edib ki, KTMT-nin Ermənistan rəsmilərinin son bəyanatlarına reaksiyası təmkinli olaraq qalır: “Xüsusən də nəzərə almalıyıq ki, ABŞ və Fransa Ermənistanı bu təşkilatdan çıxmağa sövq edir. Paris artıq tam şəkildə Ermənistanın hərtərəfli hava hücumundan müdafiə sistemini yaratmağı öhdəsinə götürüb”.

Eyni zamanda ekspertin fikrincə, Ermənistan Rusiya ilə iqtisadi əməkdaşlığı kəsmək fikrində deyil, çünki bu, ölkə iqtisadiyyatına, xüsusən də anti-Rusiya sanksiyaları kontekstində görünməmiş bonuslar gətirir.

Скопировано
İranda xəstəxananı alov bürüdü | Ölənlər və yaralananlar var

İranda xəstəxananı alov bürüdü | Ölənlər və yaralananlar var

Dünya
18 июня 2024
Rostovda dəhşətli partlayış | Rusiya-Ukrayna müharibəsində son vəziyyət

Rostovda dəhşətli partlayış | Rusiya-Ukrayna müharibəsində son vəziyyət

Dünya
18 июня 2024
Zelenskiyə sui-qəsd hazırlanır? | Keçmiş ABŞ-li zabitdən qalmaqallı iddia

Zelenskiyə sui-qəsd hazırlanır? | Keçmiş ABŞ-li zabitdən qalmaqallı iddia

Dünya
18 июня 2024
Etirazçılardan Netanyahuya qarşı sərt addım | İsrail polisi hərəkətə keçdi

Etirazçılardan Netanyahuya qarşı sərt addım | İsrail polisi hərəkətə keçdi

Dünya
18 июня 2024
Qalstanyandan erməni gənclərə çağırış | Tezliklə bütün Ermənistan...

Qalstanyandan erməni gənclərə çağırış | Tezliklə bütün Ermənistan...

Dünya
18 июня 2024
Papikyan Ermənistan ordusunda aparılan islahatlardan danışdı

Papikyan Ermənistan ordusunda aparılan islahatlardan danışdı

Dünya
18 июня 2024
Gürcüstan hökumətindən vətəndaşları sevindirəcək addım

Gürcüstan hökumətindən vətəndaşları sevindirəcək addım

Dünya
17 июня 2024
Zelenski sülhün şərtlərini açıqladı | Putin liderlərin bura gəlməməsi üçün...

Zelenski sülhün şərtlərini açıqladı | Putin liderlərin bura gəlməməsi üçün...

Dünya
17 июня 2024
Ermənistanın müdafiə naziri Fransaya getdi

Ermənistanın müdafiə naziri Fransaya getdi

Dünya
17 июня 2024
Netanyahu fövqəladə hərbi kabinetlə bağlı qərar verdi | İsraildə nə baş verir?

Netanyahu fövqəladə hərbi kabinetlə bağlı qərar verdi | İsraildə nə baş verir?

Dünya
17 июня 2024
Выбранные
icon