Выбрать плеер:

Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

25 декабря 2025 38 просмотров

Əlcəzairin Milli Xalq Assambleyası XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.

Bu barədə açıq keçirilən iclasın birbaşa yayımında bildirilib.

Beləliklə, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik, "birbaşa və dolayı nəticələri, həmin tarixdən sonra da davam edən təsirləri" qanunvericilik səviyyəsində rəsmi şəkildə cinayət kimi təsbit olunub.

Qanun müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi ilə bağlı təxminən 30 növ cinayət müəyyənləşdiriblər. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, qadağan olunmuş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, o cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları daxildir.

Bu sınaqların nəticələrini yerli sakinlər bu gün də hiss edirlər. Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və kompensasiya ödənilməsini tələb edəcək.

Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb, Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib. 

Скопировано
ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu

ABŞ avropalı liderləri “qara siyahı”ya saldı | Berlin Vaşinqtona meydan oxudu

Dünya
25 декабря 2025 38 просмотров
Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Teylor Svift aclıqla mübarizə və səhiyyə üçün milyonlarla dollar ayırıb

Dünya
25 декабря 2025 38 просмотров
Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Rusiya ABŞ-nin planını danışıqlar üçün başlanğıc hesab edir

Dünya
25 декабря 2025 38 просмотров
Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir

Dünya
25 декабря 2025 38 просмотров
Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Notr-Dam kilsəsində Milad mərasimi keçirildi

Dünya
25 декабря 2025 38 просмотров
Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Netanyahunun bu qərarı nə ilə bağlıdır?

Dünya
25 декабря 2025 38 просмотров
80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

80 min miqrant sığınacaqlara yerləşdiriləcək?

Dünya
25 декабря 2025 38 просмотров
Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Ukrayna Prezidentindən Miladla bağlı müraciət

Dünya
25 декабря 2025 38 просмотров
Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət necədir?

Dünya
25 декабря 2025 38 просмотров
Makron və Rütte “İstəklilər koalisiyası”nın fəaliyyətində əldə olunan irəliləyişi qeyd ediblər

Makron və Rütte “İstəklilər koalisiyası”nın fəaliyyətində əldə olunan irəliləyişi qeyd ediblər

Dünya
25 декабря 2025 38 просмотров
Выбранные
icon