Выбрать плеер:
Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir
Kamboca və Tailand rəsmiləri iki ölkə arasında sərhəd münaqişəsini həll etmək məqsədilə dörd günlük danışıqlara start veriblər.
Bu barədə "The Guardian" yazıb.
Tailandın Çantaburi əyalətində keçirilən görüş əvvəlcə rəsmi Pnompenin neytral məkanda keçirilməsini tələb etməsi səbəbindən sual altında qalsa da, Kamboca hökuməti nümayəndə heyətlərinin fotosunu yayıb və danışıqların başladığını təsdiqləyib.
Məqsəd döyüşlərin dayandırılması, sabitliyin bərpası və normal həyata dönüşün sürətləndirilməsidir. Danışıqlar şənbə gününə qədər davam edəcək.
Tailand Müdafiə Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, rəsmi Banqkok görüşün müsbət nəticələr verəcəyinə böyük ümid bəsləyir.
Скопировано
