Minlərlə hədəf necə məhv edildi? | ABŞ və İsrailin hücumlarının dəhşətli nəticəsi - Baku TV
ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri amerikalı hərbçilər 7,8 mindən çox hədəfi, o cümlədən 120-dən çox hərbi gəmini məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi təyyarələri İrana qarşı əməliyyat başlayandan bəri 8 mindən çox döyüş uçuşu həyata keçirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, əməliyyatlara çoxsaylı qırıcılar, strateji bombardmançı təyyarələr, aviadaşıyıcılar, raket esminesləri, sualtı qayıqlar, “Patriot” zenit-raket kompleksləri və THAAD raket əleyhinə müdafiə sistemləri cəlb edilib.
“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı qüvvələri bilavasitə təhlükə yaradan yerlərə prioritet verərək İran rejiminin təhlükəsizlik aparatının sıradan çıxarılması məqsədilə hədəflərə zərbələr endirir”, – deyə məlumatda vurğulanıb.
Daha əvvəl CENTCOM rəhbəri admiral Bred Kuper bildirib ki, Hörmüz boğazında 100-dən çox İran gəmisi batırılıb.
Тег #ABŞ-İsrail-İran müharibəsi используется
- Trampın möhləti yaxınlaşır: İran yerlə yeksan ediləcək? - AKTUAL GÜNDƏM
- İran müharibəsinin aqibəti necə olacaq?
- Hörmüz boğazı ilə bağlı 22 ölkə qüvvələrini birləşdirir - Baku TV CANLI
- Trampdan İrana şərt | Hakan Fidandan vacib açıqlamalar | ABŞ və İsrailin yeni planı - YENİ BİR SƏHƏR
- "Digər ölkələri də İrana qarşı olmağa çağırıram" | Netanyahu - Baku TV
