Moskva və Kiyev bir arada? | "Sülh prosesi çərçivəsində 2 əsas məsələ razılaşdırılmayıb" - Baku TV
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası məsələlərinin həlli müzakirə oluna bilər.
Sibiqa bildirib ki, sülh prosesi çərçivəsində hələ də iki ən həssas məsələ razılaşdırılmayıb: ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət.
“Məhz bu məsələlərin həlli üçün Zelenski Putinlə görüşməyə və bunları müzakirə etməyə hazırdır”, – deyə ukraynalı nazir bildirib.
Bununla yanaşı, o, rusiyalı həmkarı Sergey Lavrovla görüşmək zərurətinin olmadığını əlavə edib.
O həmçinin qeyd edib ki, danışıq qrupları artıq atəşkəsin parametrləri, monitorinqi və yoxlanılması qaydası ilə bağlı ətraflı söhbətlər aparıblar.
