Paşinyan onları imtahana çəkir | Ölkə gündəmini silkələyən hadisənin detalları
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası və İdarə Heyətində kifayət qədər ciddi dəyişikliklər gözlənilir.
Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Hakim partiyadan erməni nəşrinə bildirilib ki, Baş nazir Nikol Paşinyan partiyanın İdarə Heyətinin tərkibini yuxarıdan aşağıya dəyişdirmək niyyətindədir:
“Ermənistan Baş naziri qarşıdakı seçkilərə tam yenilənmiş komanda ilə qatılmaq istəyir. Buna görə də Paşinyan “Vətəndaş Müqaviləsi”nin İdarə Heyətinin iclasında partiya üzvlərinin davranışlarını, onlarla bağlı müxtəlif iddiaları və korrupsiya ilə bağlı müxtəlif açıqlamaları müzakirə etmək qərarına gəlib. Yəni Nikol Paşinyan partiya üzvlərini imtahana çəkir. Kim o sınaqdan keçsə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanla birlikdə iştirak edəcək.
Məlumata görə, Nikol Paşinyanın artıq kimlərin onunla yolu davam edəcəyi barədə dəqiq siyahısı var. Hakimiyyətə yaxın mənbələrimiz bildirirlər ki, onlara əsasən partiyanın hazırkı deputatları daxildir”.
“Joqovurd” qeyd edib ki, Ermənistan Baş naziri gələn il keçiriləcək parlament seçkilərində qələbəni bəri başdan təmin etmək niyyətindədir.
