Putin Ermənistanda kimi dəstəkləyir? | “Hibrid hücumlar daha da intensivləşəcək”
“Rusiya ilk dəfədir birinci şəxs (Prezident Vladimir Putin) səviyyəsində Ermənistanın daxili siyasi həyatına müdaxilə edir. Bu o deməkdir ki, Rusiya açıq hücuma keçib”.
Bunu erməni politoloq Robert Qevondyan deyib.
“Artıq Rusiyadan müxtəlif istiqamətlərdən zərbələrin endirilməyə başlandığını görürük. Hibrid hücumlar daha da intensivləşəcək. Ola bilsin, Rusiya Samvel Karapetyana kömək etmək üçün qrup da göndərsin”, – ekspert bildirib.
Qevondyan vurğulayıb ki, Rusiya müəyyən nəticə əldə etmək üçün Ermənistandakı peyklərinə istədikləri qədər pul lazım olsa verir, çünki böyük riskə gedib:
“Baş nazir Nikol Paşinyan Putinin Ermənistan Konstitusiyasını istədiyi kimi yenidən tərtib etmək iddiasını rədd edib. Putin həmişə Qarabağ mövzusundan istifadə edərək erməni xalqına psixoloji təsir göstərməyə çalışırdı. Nəhayət, iyunun 7-də Ermənistanın demokratik dövlət olaraq qalması və avtoritarizmə qayıtması arasında seçim edəcəyik”.
Aprelin 1-də Kremldə Vladimir Putin Nikol Paşinyanla görüşdə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin söyləyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir: “Bu, sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.
Ermənistan Baş nazirinin Rusiya Prezidentinə cavabı belə olub: “Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər”.
Тег #Vladimir Putin используется
- Dmitri Peskov İran münaqişəsinin həllindən danışdı
- Paşinyan Putinin bu xahişini niyə yerinə yetirmədi?
- Paşinyanın Moskvada 1 aprel sınağı | Ermənistanda “soyuq savaş”ın ilk qığılcımları - Baku TV
- Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə diqqətçəkən məqam - Baku TV CANLI
- Putin - Paşinyan görüşündə gərginlik: Rusiya Ermənistana siyasi mesaj verdi? - AKTUAL GÜNDƏM
