ABŞ Ukraynaya silah tədarükünə son qoyacaq?
“Bu günə qədər ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı siqnal daxil olmayıb, amma bunun gələcəkdə baş verə biləcəyini istisna etmək olmaz”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
ABŞ-dən silah tədarükünün dayandırılıb-dayandırılmaması ilə bağlı sualı cavablandıran Zelenski bildirib:
“İndiyə qədər silah tədarükünün dayandırıla biləcəyinə dair siqnal daxil olmayıb”.
Ukrayna dövlət başçısı bu məsələyə daha strateji yanaşmağın vacibliyini qeyd edib:
“2023-cü ildə məsələni öz əlimizdə saxlayırdıq, sonra hərbçilərimizə söylədim ki, ABŞ-dən gələn yardımın dayandırıla və ya məhdudlaşdırıla və pulsuz olmaya biləcəyinə hazır olmalıyıq. Təchizatı şaxələndirməliyik, bu və ya digər nadir silahların, mərmilərin və sair xərclərini azaltmalıyıq. Hələ o zaman dedim ki, nə vaxtsa Ukraynaya pul müqabilində belə silah verilməyəcəyinə hazırlaşmağa başlamalıyıq”.
Тег #Volodimir Zelenski используется
- Kiyevin Qara dənizdəki təcrübəsi nümunə göstərildi
- Vaşinqton Kiyevin təhlükəsizliyinə zəmanət verəcək? - Baku TV
- Tramp administrasiyası ilə Zelenskinin ulduzları barışmayıb? - 24 SAAT
- Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”
- Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?
