Qorxuya salan səfərbərlik anonsu | Ön cəbhəyə kimlər göndərilir? - Ukraynada gərginlik - Baku TV
Ukraynada hərbi vəziyyət rejimi 2026-cı il avqustun 2-dək uzadılıb. Bu da mayda mövcud səfərbərlik qaydalarının qüvvədə qalması deməkdir.
Yerli medianın məlumatında bildirilir ki, 18 yaşdan 60 yaşadək hərbi vəzifəli şəxslər, o cümlədən, yuxarı yaş qrupuna aid vətəndaşlar Silahlı Qüvvələrin sıralarına çağırıla bilər. Lakin 50 yaşdan yuxarı kişilər üçün hərbi xidmət və qeydiyyatla bağlı müəyyən xüsusiyyətlər mövcuddur.
"Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna əsasən, möhlət hüququ olmayan bütün hərbi vəzifəlilər ümumi əsaslarla xidmətə cəlb olunur. Burada ilk növbədə hərbi-həkim komissiyasının rəyi əsasında sağlamlıq vəziyyəti, orduda tələb olunan ixtisasın olması və möhlət hüququnun mövcudluğu nəzərə alınır. Əgər şəxs yararlı hesab edilərsə, 59 yaşına qədər, yəni 60 yaş tamam olana qədər səfərbər edilməsi mümkündür.
50 və 55 yaşdan yuxarı kişilərin xidmət yerlərinin müəyyənləşdirilməsində də fərqli yanaşmalar tətbiq olunur. Çox vaxt söhbət birbaşa təmas xəttindəki döyüş bölmələrindən deyil, arxa cəbhə və təminat strukturlarından gedir. Bu sahələrdə peşəkar təcrübə və təşkilatçılıq bacarığı daha üstün hesab edilir.
Bununla belə, konkret xidmət yeri fərdi qaydada: hazırlıq səviyyəsi və ordunun cari ehtiyaclarına uyğun olaraq təyin edilir. 60 yaşı tamam olan hərbi qulluqçular isə tərxis olunur, lakin xidmətini davam etdirmək istəyənlər üçün xüsusi "60+" müqavilə sistemi nəzərdə tutulub.
Тег #Ukrayna используется
- Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - HƏRBİ XRONİKA
- Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - Baku TV
- Rusiya Ordusundan Ukraynaya ağır zərbə: Ölənlər var
- Ukraynanın bərpası üçün məbləğ açıqlandı
- Azərbaycan Ukraynanın İrpen şəhərinə 5 elektrik avtobusu hədiyyə etdi - Baku TV
