Выбрать плеер:

"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

06 февраля 2026 630 просмотров

ABŞ Administrasiyasının Omanın paytaxtı Maskatda İranla rəsmi danışıqlar apardığı bir vaxtda pərdəarxasında tamamilə fərqli bir ssenari üzərində işlədiyi məlum olub.

"National" portalı Ağ Evə yaxın mənbələrə istinadən ABŞ-nin İranın ali rəhbəri Əli Xameneinin hakimiyyətdən devrilməsi və ya vəfatı ehtimalına qarşı "keçid dövrü planı" hazırladığını iddia edib.

Məlumata görə, rəsmi diplomatik masada Stiv Uitkoff Tehrana şərtlər diktə edərkən artıq bu həftəsonu ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahında daha bir mühüm görüş baş tuta bilər.

Müzakirələrdə ABŞ Administrasiyasının rəsmiləri və İrandan olan nüfuzlu diaspor nümayəndələrinin iştirakı gözlənilir. Bu prosesdə Donald Trampın kürəkəni və Yaxın Şərq məsələləri üzrə əsas strateqi Cared Kuşnerin mərkəzi rol oynadığı bildirilir.

C.Kuşnerin əsas vəzifəsinin Tehranda mümkün hakimiyyət boşluğu və ya rejim dəyişikliyi zamanı idarəetməni ələ ala biləcək "alternativ qüvvələr"lə əlaqələri koordinasiya etmək olduğu vurğulanır.

Analitiklər hesab edirlər ki, Vaşinqtonun bu addımı Tehrana qarşı "qamçı və kökə" siyasətinin bir hissəsidir. Bir tərəfdən rəsmi masada nüvə sazişi təklif olunur, digər tərəfdən isə rejimin daxili sarsıntılar fonunda çökə biləcəyi ehtimalına qarşı hərbi və siyasi "B planı" hazır saxlanılır. İrandakı 2026-cı ilin yanvar iğtişaşlarından sonra daxili gərginliyin artması bu cür "keçid dövrü" ssenarilərini Vaşinqton üçün daha aktual edib.

Tehran rəsmiləri hələlik bu məlumatlara rəsmi reaksiya verməsələr də, kəşfiyyat qaynaqları İran tərəfinin ABŞ-nin bu "paralel diplomatiya"sından xəbərdar olduğunu və Maskat danışıqlarında bu amilin təzyiq vasitəsi kimi istifadə edildiyini bildirirlər.

Скопировано
Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Dünya
09 февраля 2026 630 просмотров
Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Dünya
09 февраля 2026 630 просмотров
Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Dünya
09 февраля 2026 630 просмотров
Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Dünya
09 февраля 2026 630 просмотров
Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Dünya
09 февраля 2026 630 просмотров
Kubada hotellər, dövlət qurumları bağlanır

Kubada hotellər, dövlət qurumları bağlanır

Dünya
09 февраля 2026 630 просмотров
Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Dünya
09 февраля 2026 630 просмотров
Tripoli şəhərində yaşayış binası çökdü

Tripoli şəhərində yaşayış binası çökdü

Dünya
09 февраля 2026 630 просмотров
Morqan Maksuini niyə istefa verdi?

Morqan Maksuini niyə istefa verdi?

Dünya
09 февраля 2026 630 просмотров
İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

Dünya
09 февраля 2026 630 просмотров
Выбранные
icon