Rusiya yeni drondan istifadə etməyinə peşman oldu | Zelenskidən sərt açıqlama
“Kiyevə son hücumların birində Rusiya yeni reaktiv drondan istifadə edib”.
Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Bildirilib ki, sakinlər “Şahed” dronları üçün xarakterik olmayan fit səsi eşidiblər. PUA vurulub və hazırda araşdırma aparılır.
İlkin versiyaya görə, bu, İranın 2023-cü ildə hazırladığı “Şahed-238” reaktiv dronudur. Həmçinin ehtimal olunur ki, vurulan PUA başqa bir uzaqmənzilli drondur, sadəcə forması “Şahed”ə bənzəyir.
Ekspertlərin fikrincə, PUA İran dronları əsasında Rusiyanın hazırladığı yeni model reaktiv uçuş aparatıdır.
Rusiyanın PUA hücumları barədə danışan Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu, “Hörümçək toru”na cavab deyil:
“Səbəb başqadır. Sadəcə, Vladimir Putin Ukraynaya hücum etmək üçün bəhanə axtarır. Çünki savaşın bitməsini istəmir”.
Onun sözlərinə görə, danışıqlar Moskvaya diplomatik körpünün olması barədə sübut kimi lazımdır. Bu yolla Rusiya ABŞ-nin mümkün sanksiyalarından qorunmağa çalışır.
