Rza Pəhləvidən Xameneiyə istefa çağırışı | "Xalqın ən çox qorxduğu budur"
“İranın hazırkı idarəçiliyi insanların ən çox qorxduğu şeydir. Əhali bu quruluşdan qurtuluş axtarır”.
Bu sözləri son İran şahının ‒ Fərəh Pəhləvinin oğlu Rza Pəhləvi söyləyib.
O bildirib ki, problemin yeganə həll yolu həmin idarəçiliyin olmamasıdır. Buna görə də bacardığımız qədər mübarizə aparırıq.
“ABŞ və İsrail də etiraf etməlidir ki, problemin həllinə yalnız İranda hakimiyyət dəyişikliyi ilə nail olmaq olar. İran xalqına demokratik gələcək vədi verməliyik. İndiyədək represiyalarla mübarizə aparanlar həbs olunub, öldürülüb. Hazırda isə hakimiyyət zəifləyib və devirmək olar.
Əli Xameneiyə demək istəyirəm ki, istefa ver. Əgər belə etsən, səni ədalətli məhkəmə gözləyir. Halbuki heç bir iranlıya belə fürsət yaratmamısan”, ‒ R.Pəhləvi əlavə edib.
