Выбрать плеер:

Si Cinpinin ABŞ səfəri tarixə düşdü | Tramp Çin Sədrinə görə birbaşa hava limanına getdi - Baku TV

24 сентября 2026 40 просмотров

Çin Sədri Si Cinpinin ABŞ-yə üçgünlük dövlət səfəri başlayıb.

Çin lideri və xanımı Pen Liyuanı Vaşinqton yaxınlığındakı Merilend ştatında yerləşən “Endryus” hərbi hava bazasında ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.

ABŞ Prezidentinin xarici lideri şəxsən hava limanında qarşılaması nadir protokol addımı hesab olunur.

Ağ Evin açıqladığı proqrama əsasən, Si Cinpinin qarşılanma mərasimindən sonra tərəflər arasında rəsmi danışıqlar nəzərdə tutulmayıb.

Səfərin əsas proqramı növbəti gün keçiriləcək. Cümə axşamı Donald Tramp və Melaniya Tramp Çin Sədri və xanımını Ağ Evdə rəsmi mərasimlə qarşılayacaqlar.

Mərasim çərçivəsində dövlət başçılarının çıxışları, Ağ Evin Gül bağında hərbi baxış, həmçinin B-2 bombardmançı təyyarəsi və dörd F-22 qırıcısının iştirakı ilə uçuş nümayişi keçiriləcək. Daha sonra Donald Tramp və Si Cinpin qapalı görüş keçirəcəklər. Axşam isə Ağ Evin Şərq zalında Çin liderinin şərəfinə dövlət ziyafəti təşkil olunacaq.

Danışıqların əsas diqqət mərkəzində ABŞ-Çin ticarət münasibətləri, tariflər, nadir torpaq minerallarının tədarükü və süni intellekt sahəsində rəqabət və əməkdaşlıq olacaq. Tayvan məsələsi və İranla bağlı vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Si Cinpinin son 11 ildə ABŞ-yə ilk dövlət səfəridir. Səfər sentyabrın 25-də başa çatacaq.

Скопировано
Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Dünya
24 сентября 2026 40 просмотров
Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Dünya
24 сентября 2026 40 просмотров
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

Dünya
24 сентября 2026 40 просмотров
Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Dünya
24 сентября 2026 40 просмотров
İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

Dünya
24 сентября 2026 40 просмотров
Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Dünya
24 сентября 2026 40 просмотров
Türkiyə və Ermənistan liderləri Nyu-Yorkda görüşdü - Baku TV

Türkiyə və Ermənistan liderləri Nyu-Yorkda görüşdü - Baku TV

Dünya
24 сентября 2026 40 просмотров
Zelenskinin "Patriot" raketləri ilə bağlı istəyi qarşılığında Tramp nə tələb edir? - Baku TV

Zelenskinin "Patriot" raketləri ilə bağlı istəyi qarşılığında Tramp nə tələb edir? - Baku TV

Dünya
24 сентября 2026 40 просмотров
Trampdan nadir protokol jesti: Çin liderini hava limanında şəxsən qarşıladı - Baku TV CANLI

Trampdan nadir protokol jesti: Çin liderini hava limanında şəxsən qarşıladı - Baku TV CANLI

Dünya
24 сентября 2026 40 просмотров
ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV

ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV

Dünya
24 сентября 2026 40 просмотров
Выбранные
icon