Выбрать плеер:

Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi

01 апреля 2026 17 просмотров

Böyük Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına reaksiya verib.

Baş nazir bunu Amerika liderinin Britaniyanı İranla müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirib.

“NATO dünyanın gördüyü ən təsiredici təhlükəsizlik ittifaqıdır. Mənə qarşı hansı həddə təzyiq olur-olsun, Britaniya müharibəyə girməyəcək”, – o bildirib.

ABŞ Prezidenti Donald Tramp bundan öncə Vaşinqtonun NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

Prezidentə İranla müharibədən sonra ABŞ-nin Alyansdakı üzvlüyünü yenidən nəzərdən keçirib-keçirməyəcəyi soruşulanda belə cavab verib:

“Bəli. Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Həmişə bilirdim ki, onlar kağız pələngdir, Vladimir Putin də bunu bilir”.

Donald Tramp müsahibədə Kir Starmeri də İrana qarşı ABŞ-İsrail müharibəsinə qoşulmaqdan imtina etdiyinə görə sərt tənqid edib və Kral Dəniz Qüvvələrinin bu vəzifəni yerinə yetirməyə hazır olmadığını söyləyib:

“Sizin hətta donanmanız da yoxdur. Çox qocalmısınız, təyyarədaşıyan gəmiləriniz işləmir”.

Baş nazirin müdafiəyə daha çox pul xərcləməli olub-olmadığı sualına Tramp belə cavab verib:

“Ona nə edəcəyini deməyəcəyəm, istədiyini edə bilər. Bunun fərqi yoxdur. Starmerin istədiyi tək şey enerji qiymətlərini aşağı salan bahalı yel dəyirmanlarıdır”.

Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Tramp ABŞ-ni NATO-dan çıxarmağı planlaşdırır

Dünya
01 апреля 2026 17 просмотров
“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

“Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio

Dünya
01 апреля 2026 17 просмотров
“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

“Müharibənin regionda daxili qarşıdurmaya çevrilmə riski var” | Rəcəb Tayyib Ərdoğan

Dünya
01 апреля 2026 17 просмотров
Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Qəzzadan 2 il əvvəl təxliyə olunan uşaqlar valideynlərinə qaytarılıb

Dünya
01 апреля 2026 17 просмотров
Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Tramp Ukrayna və NATO-nun dəstəklərə qarşılıq vermədiyini bildirib

Dünya
01 апреля 2026 17 просмотров
Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Britaniyada böyük skandal | Çin nüvə sualtı qayığına “qarmaq” atıb?

Dünya
01 апреля 2026 17 просмотров
“Ordu elə müharibə üçün var” | Lukaşenkodan açıq mesaj - Baku TV CANLI

“Ordu elə müharibə üçün var” | Lukaşenkodan açıq mesaj - Baku TV CANLI

Dünya
01 апреля 2026 17 просмотров
Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Dünya
01 апреля 2026 17 просмотров
Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?

Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?

Dünya
01 апреля 2026 17 просмотров
İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

Dünya
01 апреля 2026 17 просмотров
Выбранные
icon