Выбрать плеер:

"Dəvəsi ölmüş ərəb" İran və ABŞ arasında qalıb | "Bu hücum şok effekti yaradıb" - Baku TV

31 марта 2026 93 просмотров

“Fikrimcə, Prezident onlara çağırış edəcək. Bu barədə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlbəttə ki, bu, Prezidentin qərarıdır. Düşünürəm ki, bu barədə dövlət başçısından daha çox şey eşidəcəksiniz”.

Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistin “1990-1991-ci illər Fars Körfəzi müharibəsi zamanı ərəb ölkələri – Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ müharibənin xərclərinin böyük hissəsini ödədi. Bəs hazırkı müharibənin xərclərini kim ödəyir? Həmin ərəb ölkələri bunun üçün addım atacaqlarmı?” sualına cavabında bunları söyləyib.

Cavabdan da aydın olur ki, Prezident Donald Tramp müharibənin xərcini varlı, zəngin ərəblərdən almaq istəyir.

Daha bir açıqlama məsələlər arasında əlaqə yaratmağımıza imkan verir. Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Mayamidə Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi bir investisiya forumunda Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanı gözlənilməz və sərt bir şəkildə tənqid edib.

D.Tramp bildirmişdi ki, “o mənim efir üçün açıqlanması mümkün olmayan bir yerimi öpəcəyini düşünmürdü, vəliəhd indi mənə qarşı xoş davranmalıdır”.

D.Trampın Səudiyyə Ərəbistanı vəliəhdi haqqında danışarkən etik olmayan ifadələr işlətməsi, bir neçə gün sonra isə Prezidentin mətbuat katibinin ərəb ölkələrinin İranda müharibə aparmaq üçün ABŞ-yə maliyyə dəstəyi vermələrindən danışması o deməkdir ki, söhbət elə puldan gedir.

İndi sual yaranır ki, D.Tramp ərəb ölkələrindən İranda hərbi əməliyyatlar üçün pul istəyirsə, bu, doğru addımdır?

Скопировано
İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

Dünya
01 апреля 2026 93 просмотров
Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 93 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 93 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 93 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 93 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 93 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 93 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 93 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 93 просмотров
Nəhəng meteorların sayı nə qədər artıb?

Nəhəng meteorların sayı nə qədər artıb?

Dünya
01 апреля 2026 93 просмотров
Выбранные
icon