Выбрать плеер:

Nəhəng meteorların sayı nə qədər artıb?

01 апреля 2026 30 просмотров

2026-cı ilin ilk üç ayı ərzində səmanın müəyyən bir bölgəsində nəhəng meteorların sayı iki dəfə artıb.

Bu hal ABŞ Meteor Cəmiyyəti tərəfindən qeydə alınıb.

Sözügedən sahə Günəşin ön hissəsində yerləşir və həmin zonada kosmik cisimlərin konsentrasiyası adi göstəriciləri üstələyib.

Tədqiqatın müəllifi Mayk Hanki bildirib ki, müşahidə olunan bu diqqətçəkən qeyri-adi hal daha dərindən araşdırılmalıdır.

Xüsusilə mart ayında baş verən bir neçə hadisə alimləri təəccübləndirib: martın 8-də Avropa ərazisinə iri meteoritin düşməsindən sonra, 11-24 mart tarixləri arasında "görünməmiş" kosmik klasterlər silsiləsi müşahidə olunub.

Qurumdan bildirilib ki, tədqiqatçıları narahat edən əsas məqam meteorların yalnız say baxımından artması deyil, həm də irimiqyaslı və güclü hadisələrin çoxalmasıdır. Belə ki, hər beş nəhəng "odlu kürə"dən təxminən dördü güclü səs partlayışları ilə müşahidə olunub. Bu isə onların atmosferin dərin qatlarına nüfuz etdiyini göstərir.

Ekspertlərin sözlərinə görə, qeydə alınan artım mövsümi xarakter daşımır. Həmçinin bu hal meteor yağışları ilə və ya müşahidə cihazlarının, o cümlədən smartfonların sayının artması ilə əlaqəli deyil.

Meteor Cəmiyyətin məlumatına əsasən, həmin obyektlər Günəş sistemi daxilində yaranmış təbii mənşəli cisimlərdir və onların tərkibində hər hansı yadplanetli müdaxiləyə dair əlamət yoxdur.

Bu "paylanma quyruğu"nun mahiyyətini anlamaq üçün gələcəkdə daha geniş tədqiqatların aparılması zəruri hesab olunur.

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

Dünya
01 апреля 2026 30 просмотров
Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 30 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 30 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 30 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 30 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 30 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 30 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 30 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 30 просмотров
Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünyanın ən təhlükəli qadını kimin bacısıdır?

Dünya
01 апреля 2026 30 просмотров
Выбранные
icon