Trampın açıqlaması dəniz nəqliyyatına necə təsir göstərə bilər? - Baku TV
"İran Hörmüz boğazına tam suveren nəzarət edir".
Bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref bildirib.
Onun sözlərinə görə, Tehranın boğaz üzərindəki nəzarəti İranın öz milli sərvətlərinə dair qanuni və suveren hüququnun həyata keçirilməsidir.
O həmçinin Tehranın istənilən təhdidlərə qarşı durmağa hazır olduğunu vurğulayaraq bildirib ki, İran ölkəyə əyri baxan hər bir düşməni buna peşman edəcək.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizləndiyini bildirib. O həmçinin xəbərdarlıq edib ki, yeni minalar yerləşdirən gəmilər və ya qayıqlar dərhal və sistematik şəkildə məhv olunacaq.
Bu arada, Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb və Hörmüz boğazı ilə bağlı fikir mübadiləsi aparıb.
"Ümid edirəm ki, tezliklə Hörmüz boğazı üçün müvəqqəti dəhlizi və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün praktiki tədbirləri elan edəcəyik", – deyə Bədr əl-Busaidi bildirib.
Onun sözlərinə görə, İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsinə uyğun olaraq, boğazın gələcək idarəçiliyi və daimi həll yolu öz vaxtında təmin olunacaq.
O əlavə edib ki, regional tərəfdaşlarla müzakirələr sülh və əməkdaşlığı, sabitliyi, naviqasiya azadlığını dəstəkləmək məqsədilə aparılacaq.
Тег #Məhəmməd Rza Aref используется
