Выбрать плеер:

Ukrayna müharibəni bitirmək məsələsinə ciddi yanaşır | Volodimir Zelenski - Baku TV

30 января 2026 102 просмотров

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvada görüş keçirilməsi ehtimalını qəti şəkildə rədd edib.

Bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Dövlət başçısı Kremldə görüşməkdənsə, həmkarını açıq şəkildə Ukraynaya dəvət edib.

"Moskvada V.Putinlə görüşməyim, əlbəttə ki, istisna olunur. Bu elə V.Putinlə Kiyevdə görüşmək kimi bir şeydir. Mən də onu eyni qaydada Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm, əgər, əlbəttə, cəsarəti çatarsa", – deyə V.Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Prezident vurğulayıb ki, rəsmi Kiyev müharibənin faktiki sona çatması ilə bağlı konstruktiv razılaşmanın əldə olunmasında maraqlıdır.

V.Zelenski Ukraynanın müharibəni bitirmək məsələsinə ciddi yanaşdığını və bu səbəbdən ölkə liderləri səviyyəsində istənilən real görüş formatının məqbul olduğunu qeyd edib. Lakin o, görüş yeri kimi təcavüzkar ölkələrin ərazilərini istisna edib.

"Lakin istər Moskvada, istərsə də Belarusda görüşmək, sadəcə olaraq, qeyri-mümkündür. Bunun səbəbi tamamilə aydındır: söhbət o dövlətlərdən gedir ki, onlardan biri bizə qarşı müharibəyə başlayan, davam etdirən və bizi qətlə yetirən təcavüzkardır, digəri isə bu əməllərdə onun şəriki və tərəfdaşıdır", – deyə Ukrayna lideri əlavə edib.

Скопировано
Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Böyük toqquşma qaçılmaz oldu? - ABŞ-yə təcili xəbərdarlıq edildi! - Baku TV

Dünya
09 февраля 2026 102 просмотров
Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Fırtınalar Rondada şəlalənin suyunu artırdı

Dünya
09 февраля 2026 102 просмотров
Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Braziliyada ənənəvi Rio karnavalı keçirilir

Dünya
09 февраля 2026 102 просмотров
Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Əraqçi: “Heç kimin İranın nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”

Dünya
09 февраля 2026 102 просмотров
Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Fırtına nəticəsində Əndəlüs bölgəsini su basdı

Dünya
09 февраля 2026 102 просмотров
Kubada hotellər, dövlət qurumları bağlanır

Kubada hotellər, dövlət qurumları bağlanır

Dünya
09 февраля 2026 102 просмотров
Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Yaponiyada keçirilən seçkilərlə bağlı nəticələr

Dünya
09 февраля 2026 102 просмотров
Tripoli şəhərində yaşayış binası çökdü

Tripoli şəhərində yaşayış binası çökdü

Dünya
09 февраля 2026 102 просмотров
Morqan Maksuini niyə istefa verdi?

Morqan Maksuini niyə istefa verdi?

Dünya
09 февраля 2026 102 просмотров
İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

İŞİD tərəfdarları və döyüşçülərinin sayı açıqlandı

Dünya
09 февраля 2026 102 просмотров
Выбранные
icon