Выбрать плеер:
Unikal bitkini görmək üçün görün nə etmək lazımdır | Ən qədim ağac haqqında maraqlı məlumatlar
Vollemeya nəcib dünyanın ən nadir və ən qədim ağaclarından biri hesab olunur.
Bu unikal bitki araukariyalılar fəsiləsinə aid olub, 200 milyon illik tarixə malikdir. Uzun illər ərzində bu ağacın nəsli tükənmiş hesab edilirdi. Lakin 1994-cü ildə təsadüfən aşkar edilib.
Ratqers Universitetinin təkamül biologiyası üzrə mütəxəssisi Skott Treversin sözlərinə görə, Vollemeya nəcibin təbiətdə yalnız bir neçə nümunəsi qalıb. Onların qorunması üçün daimi nəzarət sistemi yaradılıb. Bu ağacları görməyə icazə verilən şəxslər xüsusi dezinfeksiya prosedurlarından keçməlidirlər ki, bitkilərin mühafizəsi təmin edilsin.
Vollemeya nəcibin tingləri Sidney Kral Botanika Bağı, Londonun Kyu Bağları və digər beynəlxalq səviyyədə qorunan obyektlərdə əkilib.
Скопировано
