Выбрать плеер:

Vaşinqtonda İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb - Baku TV

25 июня 2026 66 просмотров

“Vaşinqtonda Livan və İsrail arasında keçirilən danışıqların ilk raundu heç bir razılaşma əldə olunmadan başa çatıb. Buna əsas səbəb İsrail Ordusunun qüvvələrinin çıxarılması şərtləri və müddətləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasıdır”.

Bu barədə “Axios” portalı məlumat yayıb.

ABŞ vasitəçiləri hazırda tərəflərin mövqelərini yaxınlaşdırmaq və danışıqlar prosesini yaranmış dalandan çıxarmaq üçün yeni mərhələyə start veriblər.

Vaşinqtonda keçirilən danışıqların beşinci raundunun ilk görüşünün gedişi ilə tanış olan mənbənin sözlərinə görə, İsrail nümayəndə heyətinin rəhbəri və İsrailin ABŞ-dəki səfiri Yexiel Layter Livan məsələsi ilə bağlı ABŞ və İran arasında razılaşdırılmış mexanizmə qəti etirazını ifadə edib.

Mənbə bildirib ki, Layter çıxışı zamanı ABŞ nümayəndələri onun mövqeyini yumşaltmaq və gərginliyi azaltmaq məqsədilə bir neçə dəfə müdaxilə etməli olublar.

Məlumata görə, Vaşinqton İsrail tərəfini İranın yaradılmış mexanizmdə iştirakının vacibliyinə inandırmağa çalışıb.

ABŞ hesab edir ki, bu mexanizm “Hizbullah” üzvlərinə təsir göstərərək onların Vaşinqton və Tehran arasında imzalanmış memorandum üzrə öhdəlikləri, o cümlədən Livanın birliyinin və suverenliyinin qorunmasına dair müddəaları yerinə yetirməsinə kömək edə bilər.

Vaşinqtonda başlayan yeni danışıqlar raundu münaqişənin nizamlanması baxımından mühüm mərhələ hesab olunur. Bu dəfə tərəflər ümumi bəyanatlarla kifayətlənməyərək konkret addımları, o cümlədən Livanın cənubunda xüsusi “pilot zonalar”ın yaradılması imkanını müzakirə etməyə başlayıblar.

Скопировано
İsrail savaşdan çıxarılır, İran hədəfə çevrilir? - AKTUAL GÜNDƏM

İsrail savaşdan çıxarılır, İran hədəfə çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
27 июня 2026 66 просмотров
Putinə təhlükəli çağırış: Nüvə silahından istifadə variantı masadadır? - AKTUAL GÜNDƏM

Putinə təhlükəli çağırış: Nüvə silahından istifadə variantı masadadır? - AKTUAL GÜNDƏM

Dünya
27 июня 2026 66 просмотров
Ukrayna-Rusiya münaqişəsində diqqətçəkən hərbi və diplomatik addımlar atılıb - ANA XƏBƏR

Ukrayna-Rusiya münaqişəsində diqqətçəkən hərbi və diplomatik addımlar atılıb - ANA XƏBƏR

Dünya
27 июня 2026 66 просмотров
ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşması ilk sınaqda ciddi çat verdi - Baku TV

ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşması ilk sınaqda ciddi çat verdi - Baku TV

Dünya
27 июня 2026 66 просмотров
Bəhreyn İranın addımını "suverenliyə qarşı təhdid" adlandırdı - Baku TV CANLI

Bəhreyn İranın addımını "suverenliyə qarşı təhdid" adlandırdı - Baku TV CANLI

Dünya
27 июня 2026 66 просмотров
İran ABŞ-nin mövqelərinə zərbələr endirdi | Yaxın Şərqdə münasibətlər yenidən gərginləşir - Baku TV

İran ABŞ-nin mövqelərinə zərbələr endirdi | Yaxın Şərqdə münasibətlər yenidən gərginləşir - Baku TV

Dünya
27 июня 2026 66 просмотров
Bu Afrika ölkəsi törətdiyi cinayətlərə görə Berlindən təzminat istəyir - Baku TV CANLI

Bu Afrika ölkəsi törətdiyi cinayətlərə görə Berlindən təzminat istəyir - Baku TV CANLI

Dünya
27 июня 2026 66 просмотров
Livan razılaşması fonunda Beyrutda gərginlik

Livan razılaşması fonunda Beyrutda gərginlik

Dünya
27 июня 2026 66 просмотров
Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Dünya
27 июня 2026 66 просмотров
Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Dünya
27 июня 2026 66 просмотров
Выбранные
icon