Выбрать плеер:

İran ABŞ-nin mövqelərinə zərbələr endirdi | Yaxın Şərqdə münasibətlər yenidən gərginləşir - Baku TV

27 июня 2026 31 просмотров

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmisinə hücumdan sonra İran ərazisinə zərbələr endirdiyini təsdiqləyib.

Komandanlığın yaydığı məlumata görə, ABŞ hərbi aviasiyası İranın raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də sahilyanı radiolokasiya obyektlərini hədəfə alıb. Əməliyyat iyunun 25-də Sinqapur bayrağı altında üzən yük gəmisinin kamikadze dronlarla hücuma məruz qalmasından sonra həyata keçirilib.

Məlumatda qeyd olunub ki, mülki gəmiyə hücum atəşkəs rejiminin və gəmiçilik azadlığının pozulması kimi qiymətləndirilib. ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarəti davam etdirir.

İranın "Mehr" Agentliyinin yaydığı məlumatda isə bildirilir ki, ölkənin cənub sahillərində, Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib. Partlayış İranın Hörmüz boğazı bölgəsində yerləşən Sirik şəhərindəki liman körpülərindən birinin yaxınlığına mərminin düşməsi nəticəsində baş verib. Hadisə nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

İran Ordusunun dəniz və hava qüvvələri ABŞ-nin Sirik adasına hücumunun qarşısını uğurla alıb və hücum edən qüvvələri İranın ərazi bütövlüyünü müdafiə edərək geri çəkilməyə məcbur edib.

Bu barədə isə SEPAH-ın ABŞ Ordusunun Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirməsi ilə bağlı bəyanatında deyilir.

SEPAH o cümlədən hücumun cavabsız qalmayacağını vurğulayıb və xəbərdarlıq edib ki, ABŞ tərəfindən istənilən növbəti addım İranın müəyyən edəcəyi vaxt və məkanda sürətli və qətiyyətli cavabla qarşılaşacaq.

Скопировано
İsrail savaşdan çıxarılır, İran hədəfə çevrilir? - AKTUAL GÜNDƏM

İsrail savaşdan çıxarılır, İran hədəfə çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
27 июня 2026 31 просмотров
Putinə təhlükəli çağırış: Nüvə silahından istifadə variantı masadadır? - AKTUAL GÜNDƏM

Putinə təhlükəli çağırış: Nüvə silahından istifadə variantı masadadır? - AKTUAL GÜNDƏM

Dünya
27 июня 2026 31 просмотров
Ukrayna-Rusiya münaqişəsində diqqətçəkən hərbi və diplomatik addımlar atılıb - ANA XƏBƏR

Ukrayna-Rusiya münaqişəsində diqqətçəkən hərbi və diplomatik addımlar atılıb - ANA XƏBƏR

Dünya
27 июня 2026 31 просмотров
ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşması ilk sınaqda ciddi çat verdi - Baku TV

ABŞ-İran arasında əldə olunan atəşkəs razılaşması ilk sınaqda ciddi çat verdi - Baku TV

Dünya
27 июня 2026 31 просмотров
Bəhreyn İranın addımını "suverenliyə qarşı təhdid" adlandırdı - Baku TV CANLI

Bəhreyn İranın addımını "suverenliyə qarşı təhdid" adlandırdı - Baku TV CANLI

Dünya
27 июня 2026 31 просмотров
Bu Afrika ölkəsi törətdiyi cinayətlərə görə Berlindən təzminat istəyir - Baku TV CANLI

Bu Afrika ölkəsi törətdiyi cinayətlərə görə Berlindən təzminat istəyir - Baku TV CANLI

Dünya
27 июня 2026 31 просмотров
Livan razılaşması fonunda Beyrutda gərginlik

Livan razılaşması fonunda Beyrutda gərginlik

Dünya
27 июня 2026 31 просмотров
Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Dünya
27 июня 2026 31 просмотров
Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Dünya
27 июня 2026 31 просмотров
Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb | Zelenski

Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb | Zelenski

Dünya
27 июня 2026 31 просмотров
Выбранные
icon