Выбрать плеер:

Yaponiya siyasi gərginliyə görə pandasız qala bilər

15 декабря 2025 61 просмотров

Yaponiya Çinlə münasibətlərin kəskinləşməsi fonunda ölkə zooparklarında saxlanılan bütün pandaları geri qaytarmağa hazırlaşır.

"Kyodo" agentliyinin məlumatına görə, Tokionun Ueno Zooparkının əsas simvolları olan, Çindən icarəyə götürülmüş Syao-Syao və Ley-Ley pandaları 2026-cı ilin yanvarında vətənlərinə qaytarılacaq. Halbuki heyvanların rəsmi icarə müddəti 2026-cı ilin fevralında başa çatmalı idi.

Mənbələrin bildirdiyinə görə, Yaponiya ilk dəfə son 50 ildə zooparklarında panda saxlamayacaq.

Tokio tərəfi ehtiyat edir ki, Çinlə siyasi münasibətlərin pisləşməsi səbəbindən Pekin yeni pandaların icarəsinə razılıq verməyə bilər.

Münasibətlərdə gərginlik Yaponiyanın Baş naziri Sanae Takaicinin Tayvanla bağlı açıqlamalarından sonra başlayıb. O, parlament debatları zamanı Tayvan ətrafında mümkün hərbi böhranın Yaponiya üçün ekzistensial təhlükə yaradacağını və ölkəni kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyini deyib. Bu bəyanat Pekinin kəskin narazılığına səbəb olub.

Çinin Osakadakı baş konsulu Syue Tsyan sosial şəbəkədə Yaponiyanın Baş nazirini hədələyən paylaşım etsə də, sonradan həmin yazı silinib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, pandalar uzun illərdir Çin diplomatiyasının yumşaq güc alətlərindən biri hesab olunur və onların geri çağırılması Pekinin siyasi narazılığının rəmzi jesti kimi qiymətləndirilir.

Скопировано
ABŞ Ukraynaya NATO-nu xatırladan təhlükəsizlik zəmanətləri ilə sülh təklif edir - Baku TV

ABŞ Ukraynaya NATO-nu xatırladan təhlükəsizlik zəmanətləri ilə sülh təklif edir - Baku TV

Dünya
17 декабря 2025 61 просмотров
ABŞ Ukraynanın "pulunu kəsdi" | Avropadan Rusiya ilə bağlı hiyləgər gediş - Baku TV

ABŞ Ukraynanın "pulunu kəsdi" | Avropadan Rusiya ilə bağlı hiyləgər gediş - Baku TV

Dünya
17 декабря 2025 61 просмотров
Ukraynadakı müharibənin coğrafiyası genişlənir? | NATO indi nə edəcək? - Baku TV

Ukraynadakı müharibənin coğrafiyası genişlənir? | NATO indi nə edəcək? - Baku TV

Dünya
17 декабря 2025 61 просмотров
ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

Dünya
16 декабря 2025 61 просмотров
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Dünya
16 декабря 2025 61 просмотров
Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Dünya
16 декабря 2025 61 просмотров
Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Dünya
16 декабря 2025 61 просмотров
Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Dünya
16 декабря 2025 61 просмотров
Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Dünya
16 декабря 2025 61 просмотров
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Dünya
16 декабря 2025 61 просмотров
Выбранные
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Vatikanda Milad gecəsi İsa Məsihin doğumu canlandırıldı

Vatikanda Milad gecəsi İsa Məsihin doğumu canlandırıldı

Ukraynanın müttəfiqləri onu tək qoyub?

Ukraynanın müttəfiqləri onu tək qoyub?

Dünya liderləri Sidneydəki insidenti pisləyiblər

Dünya liderləri Sidneydəki insidenti pisləyiblər

icon