Выбрать плеер:
Ağdamın Sarıcalı kəndində qorxulu yanğın | Hadisə şahidləri danışdı - Baku TV
Ağdamda açıq ərazidə yanğın qeydə alınıb.
Rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb. Bu zaman bir neçə mina partlayışı müşahidə olunub.
Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğının başvermə səbəbi araşdırılır.
Скопировано
