"Ayıbdır, sənə yaraşmır" | Ər arvadı və oğlunu bıçaqladı: “Fəhlədir, beyninə şeytan girib” - Baku TV
Ağdaşda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Ləki qəsəbəsində, Ceyhun Məmmədov küçəsində yerləşən ikimərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 59 yaşlı Arzu Əhmədov həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu Fuad Əhmədova bıçaqla xəsarət yetirib. Ətrafdakıların köməyi ilə ana və oğul dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qonşuların sözlərinə görə, ailə daxilində əvvəllər də tez-tez mübahisələr olub.
“Gecə saat 3-ə qalmışdı. Uşağın anası qışqırırdı ki, bizi öldürür. Qapını sındırıb içəri girdik. Gördük ki, ana da, oğlu da qan içindədir”, – qonşulardan biri bildirib.
Digər qonşu isə hadisənin qısqanclıq zəminində baş verdiyini deyib:
“Uşaqlıqdan bir yerdə böyümüşük. Arzu fəhlə adamdır, beyninə şeytan girib. Axşam ona demişdim ki, yoldaşınla mehriban ol, dalaşma, oğlun var, ayıbdır, sənə yaraşmır. Gecə saat 2-də arvadı və uşağı ilə dalaşıb, onları bıçaqlayıb”.
Faktla bağlı araşdırma davam edir.
