Bacısının nişanlısını bıçaqlayan şəxs nələri etiraf etdi? - Baku TV
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlamaqda təqsirli bilinən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Araz Səmədov sərbəst ifadə verib.
O vurğulayıb ki, 15 yaşlı bacısının yataq otağına girərkən Babəki otaqda görüb. Bu mənzərədən hiddətlənən Araz bıçaqla ona və bacısına xəsarətlər yetirib.
Təqsirləndirilən ifadəsi zamanı “mason”, “cin”, “şeytan” kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını diqqətə çatdırıb.
Zərərçəkən 30 yaşlı Babək Uğurlu da ifadə verib. Onun sözlərinə görə, Araz əlindəki bıcaqla ilk olaraq bacısının sifətinə zərbə vurub. Daha sonra Babəkin üzərinə cumaraq, “sən cinsən, şeytansan” deyib və ona xəsarətlər endirib. Məlumata görə Araz Babəkə 7 bıçaq zərbəsi vurub, bacısının sifətinə dəyən zərbə isə yüngül xəsarət kimi qiymətləndirilib.
Növbəti proses aprelin 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib. Polis əməkdaşlarının əməliyyatı zamanı hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Тег #Bakı Ağır Cinayətlər Məhkəməsi используется
- Nadirə yatdığı yerdə 38 bıçaq zərbəsi | Məsciddə adam öldürənə hökm oxundu - Baku TV
- Ərini güllələdiyi deyilən Elmira sonra isə... | Sabunçuda qandonduran qətl - Baku TV
- Otaq yoldaşını yatdığı yerdə öldürdü | Bakıdakı dəhşətli qətlin təfərrüatı - Baku TV
- 31 yaşlı şəxsin dəhşətli əməli | Qeyri-rəsmi münasibət qanla bitdi - Baku TV
- Sələm üstündə qayınanasını amansızlıqla öldürən kişiyə hökm oxundu - Baku TV
