Выбрать плеер:
Bakıda 32 yaşlı oğlan bir vaxtlar işlədiyi gecə klubunun qarşısında öldürüldü - Baku TV
Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib.
Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.
İlkin məlumata görə, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin baş verdiyi obyektin administratorunun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:
“Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi”.
Скопировано
