Выбрать плеер:

Bakıda faciə yaşandı | Bunları bilməsəniz, kondisionerə görə partlayış ola bilər - Baku TV

16 апреля 2026 34 просмотров

Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

Bakının 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının birində kondisionerin mühərrikinə qaz doldurulan zaman güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Bu işin belə təhlükəli olduğundan xəbərsiz idim. Amma reallığı bildikdən sonra anlayırsan ki, mütləq etibarlı və peşəkar ustaları çağırmaq lazımdır. Bu, olduqca məsuliyyətli bir işdir”, – deyə sakinlərdən biri bildirib.

Bəs faciənin əsas səbəbi nə idi? Problem avadanlıqdan, yoxsa insan səhlənkarlığından qaynaqlanır?

Kondisioner ustası Rəşad Məhərrəmovun sözlərinə görə, qaz vurulması zamanı diqqət yetirilməli bir çox vacib məqam var:

“Bu həm texniki problem, həm də ustanın səhvi ola bilər. Lakin usta faktoru barədə danışırıqsa, əsas səbəb qazın yanlış vurulmasıdır. Məsələn, qazların müxtəlif növləri var. Bu növləri bir-birinə qarışdırdıqda belə ağır nəticələr yaşanır. Digər bir məqam isə düzgün diaqnostikanın aparılmamasıdır. Bəzən elə texniki tıxanmalar olur ki, daxildə qaz olduğu halda göstərici cihazı yoxmuş kimi təəssürat yaradır və ustanı çaşdırır. Belə olan halda əlavə qaz vurulanda sistemdə həddindən artıq sıxılma baş verir ki, bu da qaçılmaz partlayışa səbəb olur”.

Скопировано
Qubada kritik vəziyyət | "2 km-lik yolu ayaqla getməyə məcburuq" - Baku TV

Qubada kritik vəziyyət | "2 km-lik yolu ayaqla getməyə məcburuq" - Baku TV

Hadisə
16 апреля 2026 34 просмотров
"Altı uçub, uşaqlarla birgə çöküb gedəcək" | Güclü sel dəhşətli fəsadlara səbəb oldu - Baku TV

"Altı uçub, uşaqlarla birgə çöküb gedəcək" | Güclü sel dəhşətli fəsadlara səbəb oldu - Baku TV

Hadisə
16 апреля 2026 34 просмотров
"Gördüm ki, alovlanır, uşaqları..." | Bakıdakı dəhşətli yanğının səbəbi görün nə imiş - Baku TV

"Gördüm ki, alovlanır, uşaqları..." | Bakıdakı dəhşətli yanğının səbəbi görün nə imiş - Baku TV

Hadisə
15 апреля 2026 34 просмотров
Torpaq sürüşməsi Quba rayonunda ciddi fəsadlar yaradıb - Baku TV

Torpaq sürüşməsi Quba rayonunda ciddi fəsadlar yaradıb - Baku TV

Hadisə
15 апреля 2026 34 просмотров
Aramsız yağan yağış Ağstafada fəsadlara səbəb oldu - Baku TV

Aramsız yağan yağış Ağstafada fəsadlara səbəb oldu - Baku TV

Hadisə
15 апреля 2026 34 просмотров
Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edildi - Baku TV

Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edildi - Baku TV

Hadisə
14 апреля 2026 34 просмотров
"Yer-göy qan idi" | Binada faciəvi partlayış | "Vurub camaatı küçəyə atmışdı" - Baku TV

"Yer-göy qan idi" | Binada faciəvi partlayış | "Vurub camaatı küçəyə atmışdı" - Baku TV

Hadisə
14 апреля 2026 34 просмотров
Bakıda binada baş verən faciəvi partlayışın səbəbi | Ölənlər var - Baku TV

Bakıda binada baş verən faciəvi partlayışın səbəbi | Ölənlər var - Baku TV

Hadisə
14 апреля 2026 34 просмотров
İş adı ilə "əxlaqsızlıq yuvası" qurdular | "Bir çox qadını bu işə cəlb etmişəm" - Baku TV

İş adı ilə "əxlaqsızlıq yuvası" qurdular | "Bir çox qadını bu işə cəlb etmişəm" - Baku TV

Hadisə
14 апреля 2026 34 просмотров
Bakıda dəhşətə gətirən hadisə | "Maşına mindirdi, benzini üstünə töküb..." - Baku TV

Bakıda dəhşətə gətirən hadisə | "Maşına mindirdi, benzini üstünə töküb..." - Baku TV

Hadisə
14 апреля 2026 34 просмотров
Выбранные
icon