Выбрать плеер:
Bayram süfrəsində mübahisə | Dostlardan biri xəstəxanalıq oldu - Baku TV
Goranboyda 32 yaşlı kişi ağır xəsarət alıb.
Hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.
Məlumata görə, bayram günü dostlar arasında yeyib-içmə zamanı yaranan mübahisə insidentə çevrilib və nəticədə, 32 yaşlı Əli Əliyev xəsarət alıb. Yaralı dərhal Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Elçin Ağalı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Əli Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Скопировано
