Выбрать плеер:

"Əvvəl təmiz uçmuşdu.." | Sürücülər sürüşmənin asfalt təbəqəsinə çatmasından narahatdır - Baku TV

22 марта 2026 46 просмотров

Sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunur.

Muğanlı–İsmayıllı yolunun səkkizinci kilometrliyində, yolun sağ istiqamətində meşəlik ərazidən başlayan sürüşmə asfalt örtüyünə doğru irəliləyir. Proses bu cür davam edərsə, yolun asfalt qatı zərər görə bilər. Bu səbəbdən ərazidə qabaqlayıcı tədbirlər görülüb, təhlükəli sahə lentlənib.

Sürücülər bildirirlər ki, bu ərazidə sürüşmə halları tez-tez baş verir.

“Bu yoldan tez-tez istifadə edirəm. Burada sürüşmə hadisələri çox olur. İlk dəfə deyil ki, belə hal baş verir”, – deyə sürücülərdən biri qeyd edib.

Digər sürücü isə əlavə edib:

“Əvvəllər bu ərazi tamamilə uçmuşdu. İndi də sürüşmə var və təhlükə yarada bilər. Hələ asfalt qatına çatmayıb, amma çox yaxındır – təxminən bir-iki metr məsafə qalıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sürüşmə yolun hərəkət hissəsində deyil, təhlükəsizlik zolağı hüdudlarında qeydə alınıb:

“Aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib. Yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ tapşırıqlar verilib.

Sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qısa müddətdə ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcək”.

Скопировано
Moskva-Bakı marşrutu üzrə hərəkət edən təyyarə təcili eniş etdi - Baku TV

Moskva-Bakı marşrutu üzrə hərəkət edən təyyarə təcili eniş etdi - Baku TV

Hadisə
22 марта 2026 46 просмотров
Naxçıvanda restoranda yanğın | FHN əraziyə cəlb olundu - Baku TV CANLI

Naxçıvanda restoranda yanğın | FHN əraziyə cəlb olundu - Baku TV CANLI

Hadisə
22 марта 2026 46 просмотров
Qarabatdaq quşlarının kütləvi tələfatı

Qarabatdaq quşlarının kütləvi tələfatı

Hadisə
22 марта 2026 46 просмотров
Sumqayıtdakı partlayışda xəsarətalanların vəziyyəti açıqlandı - Baku TV

Sumqayıtdakı partlayışda xəsarətalanların vəziyyəti açıqlandı - Baku TV

Hadisə
22 марта 2026 46 просмотров
Bayram süfrəsində mübahisə | Dostlardan biri xəstəxanalıq oldu - Baku TV

Bayram süfrəsində mübahisə | Dostlardan biri xəstəxanalıq oldu - Baku TV

Hadisə
22 марта 2026 46 просмотров
"Yandırmaq istəyəndə qaqaş əlindəki butulkanı atıb" | Sumqayıtda güclü partlayış - Baku TV

"Yandırmaq istəyəndə qaqaş əlindəki butulkanı atıb" | Sumqayıtda güclü partlayış - Baku TV

Hadisə
22 марта 2026 46 просмотров
Suraxanıda boşanmaq istəyən qadının dəhşətli sonu - Baku TV

Suraxanıda boşanmaq istəyən qadının dəhşətli sonu - Baku TV

Hadisə
21 марта 2026 46 просмотров
Yeniyetmə qardaşlar yol qəzasında həyatını itirdi - 24 SAAT

Yeniyetmə qardaşlar yol qəzasında həyatını itirdi - 24 SAAT

Hadisə
21 марта 2026 46 просмотров
Neftçalada bayram sevinci kədərə çevrilən ailə faciəsi - Baku TV

Neftçalada bayram sevinci kədərə çevrilən ailə faciəsi - Baku TV

Hadisə
20 марта 2026 46 просмотров
Xətaidə evləri su basdı, sakinlər özündən çıxdı | “İcradan tutmuş “Azərsu”ya qədər dedik” - Baku TV

Xətaidə evləri su basdı, sakinlər özündən çıxdı | “İcradan tutmuş “Azərsu”ya qədər dedik” - Baku TV

Hadisə
20 марта 2026 46 просмотров
Выбранные
icon